Milli komandamız "Qalatasaray"ı uddu
U-16 qızlardan ibarət basketbol yığmamız “Qalatasaray”ı məğlub etdi.
90plus.az xəbər verir ki,16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyədə keçirilən təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama görüşünü keçirib.
Yığmamız bu dəfə “Qalatasaray” klubunun U-18 komandası ilə üz-üzə gəlib.
Görüşdə üstün oyun sərgiləyən komandamız 57:50 hesablı qələbə qazanıb.
Qeyd: Milli komandanın hazırlıq mərhələsi avqustun 18-dək davam edəcək.
© Copyright 2026, All Rights Reserved