Moratadan “Qalatasaray” rəhbərliyinə sərt vida!
Alvaro Morata “Qalatasaray”a sərt sözlərlə vida etdi.
90plus.az xəbər verir ki, “Qalatasaray”ı tərk edən Alvaro Morata sosial şəbəkə hesabında vida paylaşımı edib və klubdakı günləri barədə sərt fikirlər səsləndirib.
İspan hücumçu azarkeşlərə təşəkkür etsə də, rəhbərliyə qarşı narazılığını gizlətməyib:
“Qalatasaray” azarkeşlərinin dəstəyi karyeramda yaşadığım ən gözəl şeylərdən biri idi, lakin klubdakı təcrübəm haqqında eyni şeyi deyə bilmərəm.
Vədlərin yerinə yetirilmədiyi vaxtlar olub. Öhdəliklər sonuna qədər yerinə yeitirilmədi və mənim maaşımdan və digər müavinətlərimdən imtina etməkdən başqa çarəm yox idi.
Eyni zamanda yazılan məbləğ də doğru deyil.”
Qeyd: Morata 2024/25 mövsümündə “Qalatasaray” forması ilə bütün turnirlərdə 38 oyuna çıxaraq 16 qol vurub, 5 məhsuldar ötürmə verib.
© Copyright 2026, All Rights Reserved