Mourinyo: “Divarla oynadıq”
Joze Mourinyo: “Divara qarşı oynadıq, oyun qurmaqda çətinlik çəkmədik”.
90plus.az xəbər verir ki, “Fənərbağça” Türkiyə Super Liqasının ilk turunda “Göztepe” səfərində xal itkisi ilə başladı. Gərgin mübarizə 0:0 hesabı ilə yekunlaşdı. Matçın əsas məqamı əlavə olunmuş dəqiqələrdə “sarı-lacivərdlilər”in penaltini qaçırması oldu. Oyundan sonra baş məşqçi Joze Mourinyo mətbuat konfransında jurnalistin “Oyun qurmaqda çətinlik yaşadınız, xüsusilə ikinci bölgəyə keçərkən çox top itkiləri oldu. Bunun səbəbini necə izah edirsiniz?” sualına cavab verib:
Mourinyo: “Bu gün sanki divara qarşı oynadıq. Onlar divar kimi müdafiə olundular. Oyunu səhv oxuyursunuz, mən sizlə razılaşmıram. Oyun qurmaqda çətinlik çəkmədik. Əsas səhvimiz son pasları dəqiq verə bilməməyimiz oldu.”
Beləliklə, Mourinyonun rəhbərliyi altında “Fənərbağça” Super Liqaya qolsuz bərabərliklə start verdi və ilk turda gözlənilməz xal itkisi yaşadı.
© Copyright 2026, All Rights Reserved