Mourinyo "Fənər"ə görə "Real"a yox dedi
Mövsümün əvvəlində "Fənərbağça"nın baş məşqçisi vəzifəsinə təyin olunan portuqaliyalı mütəxəssis Joze Mourinyo, sarı-göylü komanda ilə çempionluq hədəfi üçün yoluna davam edir.
90plus.az xəbər verir ki, dünyaca məşhur məşqçi ilə bağlı bir çox transfer iddiası mediada gündəmə gələrkən, sürpriz bir komandanın onunla maraqlandığı öyrənildi.
HƏDƏF JOZE MOURİNYO
İspaniyanın La Liqasında son 4 oyunda qalibiyyəti olmayan "Real Betis", baş məşqçi Manuel Pelleqrini ilə yollarını ayırmaq üzrədir.
"ElGolDigital"də yayımlanan xəbərdə, İspaniya təmsilçisinin Pelleqrininin istefaya göndərilməsi halında Joze Mourinyonu düşünəcəyi "Vaxtı çatıb" başlığı ilə təqdim olunub.
Lakin xəbərin təfərrüatlarında "Real Betis"in bu dəyişikliyi həyata keçirməsinin olduqca çətin olduğu bildirilib.
"Fənərbağça" rəhbərliyinin mövsüm başa çatmadan Joze Mourinyonun ayrılmasına icazə verməyəcəyi qeyd edilib. Manuel Pelleqrininin illik 6 milyon avro qazandığına diqqət çəkilərkən, Mourinyonun illik qazancının təxminən 11 milyon avro olduğu vurğulanıb.
Portuqaliyalı mütəxəssisin "Real Betis"in baş məşqçisi təyin olunacağı təqdirdə böyük bir büdcə tələb edəcəyi və bu səbəbdən transferin qısa müddətdə reallaşmayacağı bildirilib.
© Copyright 2026, All Rights Reserved