Mourinyo Ronaldo və “Fənərbağça” söhbətini açıb
"Fənərbağça"nın portuqaliyalı baş məşqçisi Joze Mourinyo Kriştiano Ronaldonun transferi haqda yayılan xəbərlərə münasibət bildirib.
90plus.az xəbər verir ki, 61 yaşlı mütəxəssis bunun mümkünsüzlüyünü izah edib:
”Ronaldo gəlməyəcək. Birinci səbəb odur ki, mənim 3 çox yaxşı mərkəz hücumçum var və mən hücumçu istəmirəm. Onun Ərəbistanda qazandığı pul var və hədəfində 1000 qol var. Onu İstanbulun gözəlliyindən başqa Türkiyəyə gəlməyə nə motivasiya edə bilər ki?”
Qeyd: Mediada Mourinyonun Ronaldoya şəxsən zəng edərək onu “Fənərbağça”ya dəvət etməsi yayılmışdı.
© Copyright 2026, All Rights Reserved