Mourinyo: “Sözlərimi düzgün anlayın”
“Fənərbağça”nın çalışdırıcısı Mourinyo Çempionlar Liqasındansa, Avropa Liqasında iştirakı üstün tutub.
90plus.az xəbər verir ki, “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqası və Avropa Liqası barədə açıqlama verib.
Portuqaliyalı mütəxəssis komandasının hədəflərini belə ifadə edib:
“Çempionlar Liqası ilə Avropa Liqasını müqayisə edərkən, sözlərimi düzgün anlamaq lazımdır. Mən demək istədim ki, Çempionlar Liqasını qazana biləcək komanda deyilik. Avropa Liqasında isə qazana bilərik.
Keçən il 1/4 finala uzaq deyildik. Çempionlar Liqasında da bir çox komandanı məğlub edə bilərik. İndi isə nəhəng bir rəqibə qarşı oynayacağıq. Gəlin, əvvəlcə evimizdəki ilk oyuna baxaq, sonra isə davamına.”
Xatırlatma: “Fənərbağça” Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlib və burada Portuqaliyanın “Benfika” klubu ilə üz-üzə gələcək.
© Copyright 2026, All Rights Reserved