Mourinyodan türk mediasına mesaj: "İmkan verin, işimi görüm"
”Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyo türk mediasına mesaj verib.
90plus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "Qaziantep"lə matçdan sonra maraqlı fikirlər səsləndirib:
”Belə bir ehtiyatı olan komandanız olanda xoşbəxt olur, sıx təqvimdən qorxmursunuz.
“Qalatasaray” tərəfinin danışmasını məntiqsiz hesab edirəm. Biz həftələr keçdikcə nələr olduğunu bilirik. “Eyüpspor” ilə oynadıqları matçda nələr baş verdiyini bilirik. Onlar həddindən artıq təzyiq yaratmağa öyrəşiblər. Bugünkü matça hakimin təsir etdiyini düşünmürəm.
“Beşiktaş” sevdiyim bir komandadır. Oyun tərzlərini sevirəm. Məncə, Türkiyədə ən yaxşı əks-hücum oynayan komanda “Beşiktaş”dır.
Hələ də məni öldürürsünüz. Biraz haqqımı verib, mənə vaxt verin. Van Bronkhorsta edilən şeyi mənə etməyin. Bir baş məşqçi 3-4 ayda möcüzə yarada bilməz. İmkan verin, rahat bir şəkildə işimi görüm”.
Mənbə: Sporx
© Copyright 2026, All Rights Reserved