Moyes İngiltərədə hamını qabaqladı
İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı baş məşqçisi müəyyən edilib.
90plus.az bildirir ki, mükafata “Everton”un baş məşqçisi Devid Moyes layiq görülüb. Onun rəhbərlik etdiyi komanda keçən ay 5 oyunda iştirak edib, bunlardan 2-də qalib gəlib, 3 qarşılaşmada isə bərabərlik əldə edib. Moyes bu nominasiya üzrə Oliver Qlasner (“Kristal Pelas”), Anqelos Postekoqlu (“Tottenhem”), Marko Silva (“Fulhem”) və Arne Slotu (“Liverpul”) kimi rəqiblərini geridə qoyub.
Qeyd: Hazırda “Everton” turnir cədvəlində 33 xalla 15-ci pillədə qərarlaşıb. Çempionatın lideri olan “Liverpul”un hesabında isə 70 xal var.
© Copyright 2026, All Rights Reserved