Məşhur ingilis hakim futboldan uzaqlaşdırıldı
UEFA ingilis hakim David Kutu 2026-cı ilin yayınadək futboldan uzaqlaşdırdı.
90plus.az xəbər verir ki, 42 yaşlı referi futbolun nüfuzuna xələl gətirməklə günahlandırılır:
O, ötən il içkili halda dostlarının əhatəsində "Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopun ünvanına təhqiramiz sözlər işlədib;
Həmçinin Avropa çempionatı-2024-ün final mərhələsində qadağan olunmuş maddələr istifadə edib.
© Copyright 2026, All Rights Reserved