Ən yaxşı Salahla o seçildi
İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı baş məşqçisi və ən yaxşı futbolçusu müəyyənləşib.
90plus.az xəbər verir ki, bu ada "Everton"la ayı məğlubiyyətsiz başa vuran 61 yaşlı Devid Moyes layiq görülüb.
Fevralın ən yaxşı oyunçusu isə rekord sayda- 7-ci dəfə ayın oyunçusu mükafatını alan "Liverpul"un hücumçusu Mohamed Salah olub. Salah lider komandasının titul uğrunda davam edən mübarizəsinə diqqətəlayiq 10 qola (5 qol, 5 assist) töhfə verərək fevral ayının qalibi seçilib.
© Copyright 2026, All Rights Reserved