“Nəzakət xatirinə onunla görüşdüm”
Hakan Çalhanoğlu: “Mən “Qalatasaray”lıyam, hansı komandaya aid olduğum bəllidir”.
90plus.az xəbər verir ki, yay transfer pəncərəsində həm “Fənərbağça”, həm də “Qalatasaray”la adı hallanan, lakin “İnter”də qalmağı seçən Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu gələcəyi ilə bağlı aydın mövqe bildirib.
Sezonun ardından ölkəsinə qayıdacağı iddiaları ilə gündəmə gələn təcrübəli yarımmüdafiəçi, xüsusilə “Qalatasaray” və “Fənərbağça”nın transfer siyahısında yer almışdı. Hətta bəzi xəbərlərdə futbolçunun Türkiyəyə dönmək istədiyi bildirilirdi.
Lakin Klubların Dünya Çempionatının başa çatması ilə həm “İnter” kapitanı Lautaro Martinezlə yaşadığı gərginliyi arxada qoyan, həm də gələcəyi ilə bağlı qərarını verən Çalhanoğlu Milan klubunda qalmaq istədiyini açıqlayıb.
Hakan Çalhanoğlu, Ekol Spor-a açıqlamasında “Fənərbağça” prezidenti Ali Koçla görüşü barədə bunları deyib:
“Milli komandanın kapitanıyam. Nəzakət xətrinə Ali bəy ilə görüşdüm. Amma Türkiyədə hayalini qurduğum tək bir komanda var. Mən “Qalatasaray”lıyam. Hansı komandaya aid olduğum bəllidir. Hazırda isə “İnter”də qalmaq istəyirəm”.
Bu açıqlama futbolçunun gələcəkdə Türkiyəyə dönmə ehtimalını tamamilə istisna etmədiyini, amma hansı ünvanı seçəcəyini indidən göstərdiyini təsdiqləyir.
© Copyright 2026, All Rights Reserved