Olivye Jiru karyerasının zirvəsini seçdi
"Los Anceles"də çıxış edən 38 yaşlı fransız hücumçu Olivye Jiru karyerasının ən parlaq dövrü haqda emosional çıxış edib.
90plus.az xəbər verir ki, Jiru 2021-24-cü illərdə 97 oyuna 39 qol vurduğu və çempion olduğu "Milan"ı özü üçün zirvə sayır:
"İngiltərədə 9 gözəl il keçirdim, lakin İtaliya A Seriyasından daha yaxşı liqa tapa bilmədim."
"Böyük Milanda oynamaq və 2022-ci ildə Skudettonu qazanmaq fantastika idi."
"Uşaqlıqda mən o klubun fanatı idim, ona görə də üç il ərzində bu rəngləri qorumaq şansına sahib olmaq böyük qürur idi."
"Mənim Maldini, Pioli, İbra ilə işləmək imkanım oldu... İtaliyada əyləndim."
"Azarkeşlərin ehtirası? Mən əvvəllər belə bir şey yaşamamışdım. San Siro futbolun əsl məbədidir."
Qeyd: 2024-cü ildə MLS klubu "Los Angeles" bir fransız Uqo Llorisin ardınca Jirunun da kluba qoşulacağını elan edib.
📰: Le Parisien
© Copyright 2026, All Rights Reserved