Osimhen bu il oynaya bilməyəcək
"Qalatasaray"ın nigeriyalı forvardı Viktor Osimhenin zədəsi ili erkən başa vurması ilə nəticələnib.
90plus.az xəbər verir ki, 25 yaşlı futbolçu Superliqanın 16-cı turunda "Sivasspor"la matçda (3:2) sıradan çıxıb.
Həkimlər tibbi müayinədən keçən Osimhenin ilin sonuna kimi yaşıl meydanlardan kənarda qalacağını deyiblər.
Qeyd: Viktor Osimhen Avropa Liqasında "Malmö", Superliqada isə "Trabzonspor" və "Kayserispor"la oyunları buraxacaq.
© Copyright 2026, All Rights Reserved