Poqba yanvarda futbola dönür
İdman Arbitraj Məhkəməsi (CAS) dopinq testi müsbət nəticələnən Pol Poqbanın cəzasını 4 ildən 1,5 ilə endirib.
90plus.az xəbər verir ki, fransalı yarımmüdafiəçinin 2025-ci ilin yanvarından "Yuventus"un məşqlərinə qatılacağını, martından isə rəsmi oyunlara çıxa biləcəyini vurğulayıb.
Xatırladaq ki, Poqbanın dopinq testi ötən ilin avqustunda müsbət çıxıb. Fevralın 29-da isə Antidopinq Məhkəməsi Polun 4 il müddətinə diskvalifikasiyasını təsdiqləyib.
Mənbə: Daily Mail
© Copyright 2026, All Rights Reserved