Postekoqlu şikayət etdi: "Futbolu öldürür"
İngiltərənin Premyer Liqasında 30-cu həftənin matçında səfərdə "Çelsi"yə 1-0 məğlub olan "Tottenhem"in baş məşqçisi Ange Postekoqlu 69-cu dəqiqədə Pape Matar Sarrın vurduğu və VAR səbəbilə ləğv edilən qoldan sonra maraqlı açıqlamalar verib.
90plus.az xəbər verir ki, Postekoqlu VAR tətbiqinin futbolu öldürdüyünü və oyunun artıq əvvəlki kimi olmadığını vurğuladı: "VAR-ın verdiyi mikroskopik qərarlardan xoşum gəlmir. Bu, oyunu öldürür. Futbol artıq əvvəllər olduğu kimi deyil."
"6 dəqiqəyə ehtiyac duydu"
Sarrın qolunun ləğv edilməsinin 6 dəqiqə sürdüyünü qeyd edən Postekoqlu bunun "çılğınlıq" olduğunu bildirdi: "Hakim qolu verdi və sonra həmin qolu ləğv etmək üçün altı dəqiqəyə ehtiyac duydu. Bu, bir çılğınlıqdır."
"Sevinmək bir xəta idi"
Gəlinən qol sonrası sevinmək barədə danışan Postekoqlu VAR səbəbindən sevinməyin artıq heç bir mənası olmadığını ifadə edərək, "Qola sevinmək kimi bir səhv etmişəm, amma VAR sayəsində artıq sevinməyin bir mənası qalmadı." dedi.
"Hakimlərin səlahiyyətləri azalır"
VAR-a tez-tez tənqidi açıqlamalar verən Postekoqlu keçmişdə hakimlər barədə də sərt fikirlərini bölüşmüşdü: "Hakimlərin səlahiyyətləri hər gün azalmaqdadır. Mən hakimlərdən qorxaraq böyüdüm, onlar həmişə polis kimi idilər."
© Copyright 2026, All Rights Reserved