Premyer Liqa klubları Avropanı fəth edir - 10 komanda
Gələn mövsüm Avropa yarışlarında Premyer Liqanın 10 komandası iştirak edə bilər.
90plus.az xəbər verir ki, İngiltərə klubları gələn il Avropada dominantlıq edə bilər.
• İlk 5 yer birbaşa Çempionlar Liqasına yollanır.
• “Mançester Yunayted” yaxud “Tottenhem” Avropa Liqasını qazanacağı təqdirdə birbaşa Çempionlar Liqasına vəsiqə qazanacaqlar
• 6 və 7-ci yerlər Avropa Liqasına vəsiqə qazanır
• Əgər “Kristal Palas” FA kubokunu qazanarsa, Avropa Liqasına yollanır
• “Aston Villa”, “Man Siti” və ya “Nottingem Forest” FA kubokunu qazanarsa və eyni zamanda ilk 5-likdə liqanı tamamlayarsa, onların Avropa Liqası bileti 8 və ya 9-cu yerlərdə olanlara keçə bilər
• Əgər “Çelsi” Konferans Liqasını qazanarsa və ilk 7-likdə liqanı başa vurarsa, onun da Avropa Liqası bileti 8-ci yerə keçəcək.
• “Nyukasl Yunayted” ilk 7-likdə liqanı tamamlayarsa, onların EFL kubokundan qazandıqları Konferans Liqası bileti bir aşağı pillədəki komandaya keçəcək
© Copyright 2026, All Rights Reserved