"Qalatasaray" 30 milyon avroya "Monako"dan müdafiəçi aldı
Türkiyənin “Qalatasaray” klubu yeni transferini rəsmən elan edib.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Monako” komandasında çıxış edən Vilfred Sinqonu heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı açıqlama yayıb.
“Qalatasaray” Fil Dişi Sahili yığmasının müdafiəçisini transfer etmək üçün qarşı tərəfə 30 milyon avro ödəyəcək.
24 yaşlı mərkəz müdafiəçisi ilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb. O, İstanbul klubundan hər mövsüm üçün 4,8 milyon avro əməkhaqqı alacaq. Sinqo “sarı-qırmızılı” formada 90 nömrəli geyimlə çıxış edəcək.
Xatırlatma: Vilfred Sinqo 2023-cü ilin yayında “Torino”dan “Monako”ya keçmişdi. O, geridə qalan mövsümdə Liqa 1-də 35 oyuna çıxaraq 3 qol vurub və 3 asistlə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved