"Qalatasaray" azarkeşlərini həyəcanlandıran görüş
Okan Buruk Qardi ilə İtaliyada görüşdü.
90plus.az xəbər verir ki, Mauro İkardi, Dris Mertens, Nikolo Zaniolo, Viktor Osimhen kimi ulduzların "Qalatasaray"a transfer olunmasında rol oynayan menecer Corc Qardi, "Qalatasaray" İdarə Heyətinin üzvü Abdullah Kavukçu və baş məşqçi Okan Buruk ilə İtaliyada bir araya gəldi.
Corc Qardinin sosial media hesabından görüşün fotosunu paylaşması, "Qalatasaray" azarkeşləri arasında həyəcan yaratdı. Görüşün Viktor Osimhenin transferi ilə bağlı ola biləcəyi barədə şərhlər edilərkən, Mauro İkardinin mövsümü bağlamasının ardından hücumçu mövqeyinə ediləcək yeni transfer üçün də görüşün baş vermə ehtimalı üzərində dayanıldı.
© Copyright 2026, All Rights Reserved