"Qalatasaray" bu futbolçusu ilə yanvarda yolları ayıracaq
Super Liqa nəhəngi "Qalatasaray"da yanvar ayında başlayacaq transfer dövrü üçün hazırlıqlar başlayıb.
90plus.az xəbər verir ki, baş məşqçi Okan Burukun təlimatları əsasında əlavə gücləndirmələr etməyə hazırlaşan "sarı-qırmızı"lardan bu dəfə ayrılıq xəbəri gəldi.
"QALATASARAY"DA ARD-ARDA ŞOKLAR
"Qalatasaray" transfer işlərinə tam sürətlə davam edir. Mövsümün əvvəlində heyətinə bir çox ulduz oyunçu qatmış "sarı-qırmızı" komandada bəzi oyunçularla yolların ayrılacağı gözlənilir. Ortaya atılan iddialara görə, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk bu mövsüm əsas heyətdə çox düşünmədiyi Kerem Demirbay haqqında son qərarını verib. Ən son Fernando Muslera ilə meydanda problem yaşayan və ehtiyatda qalmaqdan narazı olan Kerem Demirbayın "Qalatasaray" macərası qış transfer dövründə başa çatacaq.
© Copyright 2026, All Rights Reserved