"Qalatasaray" futbolçusu ilə müqavilə uzatdı
"Qalatasaray" müqaviləsi gələn yay bitəcək Yunus Akgünlə bağlı qərarını verib.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisi türkiyəli cinah oyunçusunun müqavilə müddətini artırıb.
"Qalatasaray" Yunusla yeni 4 illik müqavilə imzalayıb. Beləliklə, 25 yaşlı hücumçunun klubla yeni anlaşması 30 iyun 2030-cu ilə qədər qüvvədə olacaq.
Xatırlatma: Yunus Akgün "Qalatasaray" akademiyasının yetirməsidir. Türkiyə yığmasının üzvü geridə qalan mövsümdə "sarı-qırmızılı"ların heyətində 44 rəsmi oyunda forma geyinərək 12 qol vurub və 14 assistlə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved