"Qalatasaray" futbolçusu ilə yolları ayırdı
Kolumbiya milli komandası və “Qalatasaray”ın müdafiəçisi Karlos Kuesta Türkiyədən ayrılıb.
90plus.az xəbər verir ki, Rusiya mətbuatına istinadən, o, “Spartak”la son razılaşmaları etmək və tibbi müayinədən keçmək məqsədilə Moskvaya yola düşüb.
Transferin qiyməti 6,5 milyon avro təşkil edəcək və bəzi şərtlər reallaşdığı təqdirdə, Türkiyə klubu əlavə olaraq gələcəkdə 2 milyon avro daha əldə edə biləcək. “Spartak” Kuesta ilə 3 illik müqavilə bağlayacaq.
Futbolçu isə Moskva klubundan mövsüm ərzində 1,9 milyon avro qazanc əldə edəcək. 26 yaşlı müdafiəçinin “Qalatasaray”la müqaviləsi 2028-ci ilin 30 iyun tarixinə qədər qüvvədədir. O, 2025-ci ildə 8 milyon avroya “Genk”dən “Qalatasaray”a transfer olunmuşdu.
© Copyright 2026, All Rights Reserved