"Qalatasaray" futbolçusu ilə yolları ayırdı
"Qalatasaray" Derrik Köhnü satmağa hazırlaşır: "Union Berlin"lə danışıqlar yekunlaşır.
90plus.az xəbər verir ki, "Qalatasaray"ın yeni mövsüm planlarında yer almayan Derrik Köhn karyerasını Almaniyada davam etdirməyə yaxındır. Alman müdafiəçi, "Union Berlin"ə transfer olunmaq üzrədir.
Almaniyanın nüfuzlu "Sky Sport" nəşrinin yaydığı məlumata görə, "Qalatasaray" və "Union Berlin" klubları arasında Derrik Köhnün transferi ilə bağlı danışıqlarda yekun mərhələyə gəlinib.
Razılaşmaya əsasən, "Union Berlin" Derrik Köhn üçün "Qalatasaray"a təxminən 5 milyon avro ödəyəcək. İstanbul klubu bu transferdən 1.65 milyon avro qazanc əldə edəcək və oyunçunun növbəti satışından da 20 faiz pay alacaq.
Xatırlatma: Derrik Köhn 2024-cü ilin əvvəlində "Qalatasaray" tərəfindən "Hannover"dən 3.35 milyon avroya transfer edilmiş, ötən mövsüm isə icarə əsasında "Verder Bremen"də çıxış etmişdi.
© Copyright 2026, All Rights Reserved