"Qalatasaray" futbolçusunu Braziliyaya göndərir
“Qalatasaray”ın müdafiəçisi Karlos Kuesta karyerasını Braziliyada davam etdirəcək.
90plus.az xəbər verir ki, “Vasko da Qama” kolumbiyalı futbolçunun keçidi ilə bağlı “sarı-qırmızılar”la razılığa gəlib.
A Seriyası komandası Kuestanı 1,5 illik icarə əsasında heyətinə qatacaq. “Vasko da Qama” 6 milyon avro ödəməklə 26 yaşlı mərkəz müdafiəçisinin transfer hüququnu tam əldə edə bilər.
Qeyd: “Qalatasaray” Karlos Kuestanı bu ilin fevral ayında “Genk”dən transfer edib. Kolumbiya millisinin üzvü “cim bom”un heyətində 9 rəsmi qarşılaşmada iştirak edib.
© Copyright 2026, All Rights Reserved