“Qalatasaray” Koştaya rəsmi təklif yolladı
“Qalatasaray” yeni qapıçı transferi üzərində işləyir. Jurnalist Florian Plettenberqin məlumatına görə, türk klubu “Porto”nun qapıçısı Dioqo Koştanın keçidi üçün rəsmi təklif göndərib.
90plus.az xəbər verir ki, təklifin məbləği 20 milyon avro + bonuslar təşkil edir.
Ederson hələ də “Qalatasaray”ın əsas prioriteti olaraq qalır, lakin “Mançester Siti” ilə razılaşma əldə olunmayıb. Bu səbəbdən klub alternativ variantları nəzərdən keçirir və əgər Ederson transferi baş tutmasa, Koşta əsas seçim kimi ön plana çıxır.
Dioqo Koşta “Portu” akademiyasının yetirməsidir. O, ötən mövsüm 45 oyunda 43 qol buraxıb və 19 dəfə qapısını toxunulmaz saxlayıb.
© Copyright 2026, All Rights Reserved