“Qalatasaray” mövsümə qələbə ilə girdi
“Qalatasaray” Türkiyə Super Liqasında mövsümə inamlı qələbə ilə başladı.
90plus.az xəbər verir ki, Trendyol Super Liqada 2025/26 mövsümünün açılış oyununda “Qaziantep FK” öz meydanında “Qalatasaray”ı qəbul edib. “Qaziantep Böyükşəhər Bələdiyyə” stadionunda keçirilən qarşılaşma İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın taleyini ilk hissədə vurulan qollar həll edib. Barış Alper Yılmaz 12-ci dəqiqədə hesabı açıb, 45+2-ci dəqiqədə isə penaltidən fərqlənərək dubla imza atıb. Eren Elmalı 16-cı dəqiqədə qapını dəqiq nişan alıb.
Ev sahibi “Qaziantep FK” 62-ci dəqiqədə azlıqda qalıb – qapıçı Burak Bozan VAR yoxlamasından sonra birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Super Liqada növbəti turda “Qalatasaray” “Fatih Karagümrük”ü qəbul edəcək, “Qaziantep FK” isə “Tümosan Konya”nın qonağı olacaq:
Qaziantep 0➖3 Qalatasaray
Barış Alper 12' 45+2' (P)
Eren Elmalı 16'
Qollar: https://t.me/doxsanplus/105977
© Copyright 2026, All Rights Reserved