"Qalatasaray" Musleraya əvəzləyicisini Fransada tapdı
Mövsüm sonunda karyerasını başa vuracaq Fernando Musleranı əvəz edəcək qapıçı bəlli olub.
90plus.az xəbər verir ki, "Qalatasaray" klubunun yeni qapıçısı Fransa "Lion"unun 26 yaşlı qolkiperi Lukas Perri olacaq.
İstanbul nəhənginin rəsmiləri Perri ilə danışıqlar üçün Fransaya gediblər.
Qeyd: Lukas Perrinin "Lion"la müqavilə müddəti 2028-ci ilədəkdir.
© Copyright 2026, All Rights Reserved