"Qalatasaray" Premyer Liqadan futbolçu alır
90plus.az xəbər verir ki, Türkiyənin "Qalatasaray" klubu İngiltərənin "Tottenhem" klubunda çıxış edən yarımmüdafiəçi İv Bissumanın transferində son mərhələyə daxil olub.
Fransız jurnalist Fabrise Hokinsin məlumatına görə, "Qalatasaray" artıq futbolçu ilə şəxsi şərtlər üzrə razılıq əldə edib. Hazırda klub "Tottenhem" rəhbərliyi ilə aparılan danışıqlarda son mərhələni keçir.
İv Bissumanın "Tottenhem"lə müqaviləsi hələ 1 il qüvvədədir. Futbolçunun hazırkı bazar dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.
"Qalatasaray" rəhbərliyi transferi ən qısa zamanda rəsmiləşdirməyi planlaşdırır.
© Copyright 2026, All Rights Reserved