"Qalatasaray" əsas müdafiəçilərindən birini 1 aylıq itirdi
"Qalatasaray"ın Türkiyə Super Liqasının XIV turunda "Eyüpspor"la oyunda zədələnən futbolçusu Abdülkərim Bardakcının vəziyyətinin nə yerdə olduğu açıqlanıb.
90plus.az xəbər verir ki, məlumatı İstanbul təmsilçisinin rəsmi saytı yayıb.
30 yaşlı müdafiəçinin sol topuğunun burxulduğu və həmin nahiyəyə maye yığıldığı bildirilib.
Yerli mətbuat isə Türkiyə millisinin üzvünün təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacağını vurğulayıb.
Qeyd: "Qalatasaray" - "Eyüpspor" qarşılaşması 2:2 hesabı ilə yekunlaşıb.
© Copyright 2026, All Rights Reserved