“Qalatasaray” yeni futbolçu alıb
Rəsmi: “Qalatasaray” Vilfrid Sinqonu transfer etdi.
90plus.az xəbər verir ki, “Qalatasaray” yay transfer pəncərəsində daha bir mühüm addım atıb. İstanbul nəhəngi 24 yaşlı müdafiəçi Vilfrid Sinqonun keçidini rəsmən açıqlayıb.
Klubun məlumatına görə, “Cim-Bom” futbolçu üçün “Monako”ya 30.769.230,77 avro ödəyəcək. Bundan əlavə, fransızlar Sinqonun gələcək transferindən 10% pay alacaqlar.
Kot-d’İvuardan olan futbolçu ilə 2030-cu ilə qədər müqavilə imzalanıb. Sinqo “Qalatasaray”da illik 4,8 milyon avro məvacib qazanacaq.
Bu transferlə “Qalatasaray” müdafiə xəttini gücləndirərək, yeni mövsümdə iddialı heyət qurmaq istiqamətində daha bir addım atmış oldu.
© Copyright 2026, All Rights Reserved