"Qalatasaray" yeni qapıçısını açıqlamaq üzrədir
"Mançester Siti"nin qapıçısı Edersonun karyerasını Türkiyə Super Liqasında davam etdirməsi gündəmdədir.
90plus.az xəbər verir ki, "Qalatasaray" braziliyalı qolkiperin transferinə çox yaxındır. Bu barədə İtaliyanın "La Gazzetta dello Sport" nəşri xəbər yayıb.
İstanbul təmsilçisi Edersonla şəxsi müqavilənin şərtləri üzrə razılıq əldə edib. 31 yaşlı qapıçı "sarı-qırmızılar"ın illik 8 milyon avro məvacib təklifini qəbul edib.
Hazırda "Qalatasaray" və "Mançester Siti" klubları arasında transferlə bağlı danışıqlar davam edir.
Qeyd: Ederson 2017-ci ilin yayında İngiltərə klubuna Portuqaliyanın "Benfika" komandasından keçmişdi. O, geridə qalan mövsümdə "şəhərlilər"in heyətində 40 rəsmi qarşılaşmada meydana çıxıb.
© Copyright 2026, All Rights Reserved