“Qalatasaray”dan 3 oyuna 10 qol, 0 buraxılan qol
“Qalatasaray” Kayseridən lider dönür – 3 oyunda 10 qol, 0 buraxılan qol!
90plus.az xəbər verir ki, Türkiyə Super Liqasının 3-cü turunda “Qalatasaray” səfərdə “Kayserispor”a qarşı inamlı qələbə qazanıb. Okan Burukun komandası rəqibini 4:0 hesabı ilə darmadağın edərək liderliyini möhkəmləndirib. Matçın qəhrəmanlarından biri Eren Elmalı olub. Müdafiəçi dubl edib. Görüşün sonlarına yaxın hücum xəttində ulduz adlar da sözünü deyib:
Kayserispor 0 - 4 Qalatasaray
E. Elmalı 36', 46’
V. Osimhen 86'
L. Sané 90+3'
Qollar:
https://t.me/doxsanplus/106657
https://t.me/doxsanplus/106662
https://t.me/doxsanplus/106666
https://t.me/doxsanplus/106667
"Qalatasaray"ın liqa tarixində 4000-ci qolunu Eren Elmalı vurdu.
• 1000: Turgay İnan
• 2000: Hakan Ünsal
• 3000: Rajnoch (öz qapısına)
• 4000: Eren Elmalı
Bu nəticə ilə “Qalatasaray” mövsümə mükəmməl startını davam etdirib: 3 oyun, 3 qələbə, 10 qol və 0 buraxılan top. İstanbul klubu 9 xalla həftəni lider mövqedə başa vurub.
Markus Gisdolun çalışdırdığı “Kayserispor” isə 1 xal ilə aşağı sıralarda qalıb.
Qələbədən sonra “Qalatasaray” azarkeşləri sosial şəbəkələrdə komandanın seriyasını önə çıxararaq “10 qol, 0 buraxılan!” paylaşımları ilə komandanın müdafiə və hücumdakı balansını xüsusi vurğulayıblar.
Super Liqanın növbəti turunda “Qalatasaray” doğma meydanda “Çaykur Rizəspor”u qəbul edəcək. “Kayserispor” isə yeni yüksələn “Kocaelispor”un qonağı olacaq.
© Copyright 2026, All Rights Reserved