“Qalatasaray”ın Çempionlar Liqasındakı rəqibləri müəyyənləşdi
Türkiyə Super Liqasının son çempionu olan “Qalatasaray”, UEFA Çempionlar Liqasının 2025/26 mövsümündə 4-cü səbətdən turnirə qoşuldu.
90plus.az xəbər verir ki, artıq püşkatma baş tutub və İstanbul təmsilçisinin liqa mərhələsində qarşılaşacağı 8 rəqib bəlli olub.
“Qalatasaray” turnirin yeni formatına əsasən hər səbətdən 2 komanda ilə üz-üzə gələcək və ümumilikdə 8 oyun keçirəcək. Bu oyunlardan 4-ü evdə, 4-ü isə səfərdə baş tutacaq.
İstanbul təmsilçisinin qarşılaşacağı komandalar bunlardır:
“Liverpul” (evdə)
“Mançester Siti” (səfərdə)
“Ayntraxt Frankfurt” (səfərdə)
“Atletiko Madrid” (evdə)
“Bodo/Qlimt” (evdə)
“Ayaks” (səfərdə)
“Monako” (səfərdə)
“Union SJ” (evdə)
Yeni formatda “Qalatasaray” 8 oyun sonunda ilk 8-likdə yer alarsa, birbaşa olaraq 1/8 final mərhələsinə yüksələcək. Əgər komanda 9-24-cü sıralar arasında qərarlaşarsa, növbəti mərhələyə yüksəlmək üçün play-off qarşılaşması oynayacaq.
1-ci həftə: 16–18 sentyabr 2025
2-ci həftə: 30 sentyabr – 1 oktyabr 2025
3-cü həftə: 21–22 oktyabr 2025
4-cü həftə: 4–5 noyabr 2025
5-ci həftə: 25–26 noyabr 2025
6-cı həftə: 9–10 dekabr 2025
7-ci həftə: 20–21 yanvar 2026
8-ci həftə: 28 yanvar 2026
Turnirin növbəti mərhələləri:
1/8 final play-off: 17/18 və 24/25 fevral 2026
1/8 final: 10/11 və 17/18 mart 2026
1/4 final: 7/8 və 14/15 aprel 2026
Yarımfinal: 28/29 aprel və 5/6 may 2026
Final: 30 may 2026 (Budapeşt)
© Copyright 2026, All Rights Reserved