"Qapıçını penaltilərdən əvvəl əsəbləşdirdim" - Rəşad Sadıqov
“Şükürlər olsun. Məni sevindirən odur ki, futbolçularımız gərginliyə dözdülər. Onları təbrik edirəm, onlarla fəxr edirəm. Öpüb-bağrıma basıram. Futbol camiəmizi təbrik edirəm”.
90plus.az xəbər verir ki, bunları Rəşad Sadıqov "Osiyek"lə matçdan sonra qeyd edib:
Tiaqo Silvanın ustalığı: “Penaltilər seriyasından öncə onu tənqid etmişdim. “Şerif”lə oyundan sonra ona heç nə deməmişdim. Ehtiyac olmasaydı, deməyəcəkdim. Tənqid etdim ki, aqressivləşsin. Böyük ustalıq göstərdi. Dedim “Şerif”lə oyundakı penaltilərdən narazı qalmışam, özünü göstərməlisən. O da 5 penaltidən 4-nü çıxardı. Asan məsələ deyildi”.
Pley-offdakı rəqib “Omoniya” haqda: “Onlar haqda heç bir məlumatım yoxdur. “Fehervar”la oyunlarda daha üstün olublar. “Fehervar” da bizə tanış rəqibdir. Onları udublarsa, bu, “Omoniya”nın gücün göstərir. Seçim olsaydı, digəri ilə düşmək istərdim. Onlar avrokuboklarda təcrübəlidir. Hələ ki, bu haqda danışmaq tezdir. Çempionat oyunu olmasa, sabahdan “Omoniya” haqda düşünəcəyik. Ən yaxşısını edəcəyik ki, qruplara düşək”.
Penaltilər: “Futbolçularımızın çoxu ilk dəfədir ki, üçüncü mərhələdə oynayır. Penaltiləri vurmaq mental hazırlıqla bağlıdır. Üç yerli futbolçumuz vurmadı, amma ən azından təcrübə qazandılar. Hər iki qapıçı usta şəkildə çıxış etdi. Həm də yorğunluq var idi. Bir az biz xarakter göstərdik.Sanki istəmirdik oyun penaltilərə getsin. Hamımızda travma var idi ki, penaltilərdə uduzmuşuq və Azərbaycan klubları uduzur penaltilərdə. Onların da qapıçısı yaxşı çıxış etdi, bizimki də. Bu üç mərhələdə yaşadıqlarımız komanda üçün böyük təcrübə oldu. Hər zaman çılğın sevinmənin tərəfdarı olmamışam. Bitdikdən sonra nə qədər istəyirlər sevinsinlər. Həmin an aşırı şəkildə sevindilər, sevmirəm bunları. Dedim gözləyin, dua edin. Qələbə bizim olsun, sonra sevinək”.
Rəşad Sadıqov “Zirə”
© Copyright 2026, All Rights Reserved