Qonzalo Qarsiyanın qolu "Real Madrid"i 1/4 finala daşıdı
Klublararası Dünya Kubokunun 1/8 final mərhələsində "Real Madrid" "Yuventus" üzərində minimal hesabla qələbə qazanıb – 1:0.
90plus.az xəbər verir ki, görüşdə yeganə qol ikinci hissənin əvvəlində vurulub. 54-cü dəqiqədə Qonzalo Qarsiya cərimə meydançasında baş zərbəsi ilə fərqlənərək komandası üçün qələbə qolunu qeyd edib.
Komandanın ulduz futbolçusu Kilian Mbappe isə kəskin qastroenteritdən sağaldıqdan sonra turnirdə ilk dəfə meydana çıxıb. O, matça sonradan daxil olub.
"Real Madrid" 1/4 final mərhələsində "Borussiya Dortmund" və ya "Monterrey" klublarından biri ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved