Qvardiola mükafatdan imtina etdi: “Layiq deyilik”
"Mançester Siti"nin ispan çalışdırıcısı Xosep Qvardiola komandanın Klublararası Dünya Çempionatında qazana biləcəyi böyük mükafatdan imtina edəcəyini açıqlayıb.
90plus.az xəbər verir ki, Pep özünü və komandasını bu mükafata layiq hesab etmir:
"Biz bu mövsüm bonuslara layiq deyilik. Turnirin qalibi olsaq, bizə düşəcək mükafatı dəqiq bilmirəm, amma bütün məbləğ kluba çatacaq.
"Mən, köməkçilərim, futbolçular və personal həmin pula layiq deyilik".
VİDEO: https://t.me/doxsanplus/100322
📰: BBC
Qeyd: 14 iyun - 13 iyul aralığında keçiriləcək turnirin qalibi 125 milyon dollar qazanacaq.
© Copyright 2026, All Rights Reserved