Rafael Nadal tennislə sağollaşır
Rafael Nadal, İspaniyanın əfsanəvi tennisçisi, peşəkar tennis karyerasına son verdiyini açıqlayıb.
90plus.az xəbər verir ki, O, 2024-cü il noyabr ayında keçiriləcək Deyvis Kuboku ilə karyerasını bitirəcək. 38 yaşlı Nadal, bu qərarı qəbul etməyin onun üçün çətin olduğunu və son iki ilin zədə səbəbilə çətin keçdiyini bildirib. O, videomesajında, “Həyatdakı hər şeyin bir başlanğıcı və sonu var və məncə, karyeramı bitirmək üçün uyğun vaxt gəlib,” sözlərini söyləyib.
Nadalın 22 Qrand Slam təkbətək titulu, xüsusən də 14 Paris Open çempionluğu, ona bütün zamanların ən uğurlu tennisçilərindən biri kimi yer qazandırıb. O, karyerasını və milli komanda adından çıxış etməsini xatırladaraq, karyerasının ilk böyük uğurlarından biri olan 2004-cü ildəki Sevilya Deyvis Kuboku finalını xüsusi vurğulayıb. Deyvis Kubokunun onun üçün bir dövrənin tamamlanması olduğunu qeyd edib və son turnirdə iştirak etməklə qürur duyduğunu bildirib.
Nadalın açıqlaması bütün tennis dünyasında və azarkeşləri arasında böyük emosiyalarla qarşılanıb. Həmkarı və dostu Roger Federer də ona “əfsanəvi karyerası” üçün minnətdarlığını ifadə edərək səmimi mesaj göndərib.
© Copyright 2026, All Rights Reserved