"Real" İniyestaya vida mesajı yayımladı
"Real Madrid" əzəli rəqibi "Barselona"nın sabiq futbolçusu Andres İniyestanın karyerasını bitirməsinə aid paylaşım edib.
90plus.az xəbər verir ki, "Kral klubu" rəsmi media səhifələrində sabiq futbolçu Andres İniyestaya vida məktubu yayımlayıb. Məktubda klub deyir:
"Real Madrid" ispan futbolunun ən böyük oyunçularından olan İniyestaya öz sevgisini göstərmək istəyir. Andresin İspaniya futboluna töhfəsi danılmazdır. 2010 DÇ-da vurduğu qolla bütün ispan futbol sevərləri sevindirməsi təbii ki, danılmazdır".
Qeyd: İniyesta "Real"a qarşı 38 matça 3 assit, 8 qol sığdırmağı bacarıb.
© Copyright 2026, All Rights Reserved