"Real Madrid"də xaos: Bellinqemlə Rüdiger üz-üzə
UEFA Çempionlar Liqasında "Arsenal" qarşısında alınan ağır (0:3) məğlubiyyət "Real Madrid"in düşərgəsində ab-havanı pozub.
90plus.az xəbər verir ki, ötən cümə günü keçirilən məşq zamanı komandanın iki futbolçusu – Cud Bellinqem və Antonio Rüdiger arasında fiziki qarşıdurma yaşanıb.
Hadisə müdafiəçinin uğursuz ötürməsinə görə yarımmüdafiəçinin narazılıq bildirməsindən sonra baş verib. Bellinqem Rüdigeri nalayiq ifadələrlə təhqir etdikdən sonra aralarında dava düşüb. Komanda yoldaşları hadisəyə müdaxilə edərək, tərəfləri ayırmağa müvəffəq olublar və vəziyyət nəzarət altına alınıb.
Xatırlatma: "Real Madrid" La Liqanın 31-ci turunda bazar günü səfərdə "Alaves"lə (1:0) qarşılaşıb və həm Bellinqem, həm də Rüdiger bu oyunda iştirak ediblər.
© Copyright 2026, All Rights Reserved