Renduliç: “Aslanlar kimi döyüşdülər”
"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqasının II təsnifat mərhələsinin gərgin və 9 qollu cavab oyununda "Makkabi"ni penaltilər seriyasında məğlub etmələri barədə danışıb.
90plus.az xəbər verir ki, xorvatiyalı mütəxəssis komandasına inandığını söyləyib:
“İnanırdım ki, maksimum gücümüzlə oynasaq, mərhələni keçə bilərik. Səmimi deyim ki, "Makkabi" bu gün bizdən daha yaxşı idi. Bir oyunda favorit olan komandaya qalib gələ bilərsən. Ancaq iki matçda bunu etmək çox çətindir. Oyunçularımı təbrik edirəm, qəhrəmandırlar, aslanlar kimi döyüşdülər. Matçdan öncə komandama inanırdım. Məğlubedilməz komanda yoxdur. "Real" da uduzur.
Penaltilər seriyasında 5-ci zərbəyə Namik Ələskərovun adını qeyd etməsi ilə bağlı: “Keçən il keçən ildə qalıb. Namikdən soruşdum ki, penaltini vurmaq istəyirsən, “yox” dedi. Ona görə də sonuncu penaltini Boyan Letiç vuracaqdı”.
Qeyd: "Sabah" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində İrlandiyanın "Sent-Patriks Atletik" klubu ilə pley-off uğrunda yarışacaq.
© Copyright 2026, All Rights Reserved