"Roma"nın gözü türkiyəli məşqçidə
"Roma" baş məşqçi postu üçün Okan Burukla görüşüb.
90plus.az xəbər verir ki, həm liqada, həm də Avropada oynatdığı futbolla gözləri oxşayan Okan Buruk artıq Avropa klublarının radarına girib. Hər iki yolda əmin addımlarla irəliləyən "Qalatasaray"ın bu uğurunun təbii ki, əsas memarı baş məşqçi Okan Burukdur. Və bu Avropa klublarının iştahasını artırır.
Baş məşqçisini yenicə istefaya göndərən "Roma" Okan Burukla görüşmə keçirib. Okan Buruk "Qalatasaray"dan ayrılmaq istəmədiyini bildirib.
Mənbə: Tuttomercato
© Copyright 2026, All Rights Reserved