Ronaldo və Messi eyni klubda - Arzular gerçəkləşir
Futbol aləminin iki əfsanəvi oyunçusu olan Lionel Messi və Kriştiano Ronaldo eyni komandada çıxış edə bilərlər.
90plus.az xəbər verir ki, Ronaldo Messinin forma geyindiyi "İnter Mayami" klubuna müvəqqəti keçid edə bilər. Ronaldonun "Əl-Nəssr" komandası ilə müqaviləsi mövsümün sonunda başa çatır. O, klubla yeni müqavilə imzalamazdan əvvəl qısamüddətli olaraq "İnter Mayami"yə transfer oluna bilər.
Qeyd: Mövsümün sonunda baş tutacaq Klublararası Dünya Çempionatında "İnter Mayami" də iştirak edəcək. Klub Ronaldonu heyətinə qataraq futbol dünyasının iki böyük ulduzunu eyni komandada birləşdirə bilər.
© Copyright 2026, All Rights Reserved