“Rəqibin savadlı məşqçisi var" Rəşad Sadıqov
"Zirə"nin çalışdırıcısı Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "DAK 1904"lə cavab matçından əvvəl fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, 42 yaşlı mütəxəssis görüşün vacubliyini vurğulaylb:
"Sabah bizi olduqca vacib matç gözləyir. "DAK-1904" kollektivi ev oyunlarında çox güclü təsir bağışlayır. Hər ev görüşlərində onları böyük azarkeş kütləsi dəstəkləyir. İlk qarşılaşmada qələbə qazanmışıq və müəyyən üstünlüyümüz var. Rəqib komanda ilk dəqiqələrdən təzyiq göstərəcək və bu fərqi aradan qaldırmağa çalışacaq. Biz də öz növbəmizdə çalışacağıq, mərhələni adlayan tərəf olaq. İnanıram ki, sabah ən yaxşı görüşlərimizdən birini keçirəcəyik".
Mental hazırlığa daha çox yer ayırmışıq. Çünki ilk oyunda qələbə qazananda cavab görüşündə psixoloji hazırlıq önəmli olur. Amma taktiki cəhətdən də çox işləmişik. Rəqibin savadlı məşqçisi var. Biz onu ikinci hissədəki həmlələri ilə gördük. Başa düşürük ki, sabah bizi necə oyun gözləyir. Rəqib baş məşqçinin ölkə çempionatında etdiyi rotasiyalar onu göstərir ki, matça çox ciddi hazırlaşıblar. Onlardan sabah da yeniliklər gözləyirik".
Qeyd: "DAK-1904" - "Zirə" oyunu sabah 22:30-da Sçovakiyada olacaq. İlk matç "qartallar"ın 4:0 hesablı qələbəsi ilə bitmişdi.
© Copyright 2026, All Rights Reserved