"Sabah bizi çətin rəqib gözləyir" - Toral Bayramov
Azərbaycan komandasının üzvü Toral Bayramov Slovakiya ilə oyundan öncə müsahibə verib.
90plus.az həmin müsahibəni təqdim edir:
"Bizi çox güclü kollektivə qarşı çətin oyun gözləyir. Rəqib son Avropa çempionatında uğurlu çıxış edib. Buna baxmayaraq, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirərək, yaxşı oyunla qələbə qazanmağa çalışacağıq. Bunu bacaracaq gücümüz var. Komandamızda ab-hava yaxşıdır”.
Qeyd: Millimiz sabah səfərdə Slovakiya ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved