"Sabah" Gürcüstanda çempion oldu
“Sabah” Futbol Akademiyasının U-9 və U-11 komandaları Gürcüstanın Tbilisi şəhərində təşkil edilən “Tengiz Sulakvelidze Academy 2023” turnirində iştirak ediblər. 90plus.az xəbər verir ki, U-9 komandası qrup mərhələsində “Qldani” (8:0), “Celero” (6:1) və Batumi “Dinamo”su (1:2) ilə qarşılaşıb. Yarımfinalda oyunsonrası penaltilər seriyası ilə “Qorda”nı (2:2, pen – 4:2) keçən təmsilçimiz finala vəsiqə qazanıb. Komanda həlledici matçda Batumi “Dinamo”suna (1:1, pen – 3:4) oyunsonrası penaltilər seriyasında uduzaraq turniri ikinci pillədə başa vurub. U-11 komandası isə qrupda yerli “Qrandi” (4:0), “Zestafoni” (5:0) komandalarını məğlub edib, “Qldani”yə uduzub (0:1). Yarımfinalda “Saburtalo”ya qalib gələn (4:0) komanda həlledici oyuna vəsiqə qazanıb. Təmsilçimiz final matçında da qrup mərhələsində qarşılaşdığı “Qrandi” ilə üz-üzə gəlib. Bu dəfə də rəqibini məğlub edən (4:0) U-11 "Sabah" turnirin qalibi olub. U-9 komandasından Ömər Şirəliyev turnirin ən yaxşı hücumçusu, Cavidan Ağayev isə ən texnikalı futbolçusu seçilib. U-11 komandasının üzvlərindən Yusif Ağayev turnirin ən yaxşı yarımmüdafiəçisi, Ayxan Əliyev ən yaxşı müdafiəçisi, Fərid Həsənli isə ən yaxşı oyunçusu seçilib. T.S Academy 2023 Cup U-9 Qrup mərhələsi Sabah – Qldani 8:0 Sabah – Celero 6:1 Sabah – Dinamo (Batumi) 1:2 Yarımfinal Qorda – Sabah 2:2 (pen. 2:4) Final Dinamo (Batumi) – Sabah 1:1 (pen. 4:3) U-11 Qrup mərhələsi Sabah – Qrandi 3:1Qollar: Yusif Ağayev, Ayxan Əliyev, Fərid Həsənli. Sabah – Qldani 0:1 Sabah – Zestafoni 5:0Qollar: Yusif Ağayev, Fərid Həsənli, Amal Şıxkərimzadə, Yusif Fətullayev, Hüseyn Musayev. Yarımfinal Sabah – Saburtalo 4:0Qollar: Yusif Ağayev (3), Hüseyn Musayev. Final Sabah – Qrandi 4:0Qollar: Fərid Həsənli, Ayxan Əliyev, Yusif Ağayev, Hüseyn Musayev.