Sabiq fransalı futbolçu: "Kuboku Messiyə verdilər"
Fransa millisinin keçmiş futbolçusu Patris Evra qalmaqallı açıqlaması ilə gündəmə gəlib.
90plus.az xəbər verir ki, 43 yaşlı sabiq müdafiəçi Lionel Messinin Argentina yığması ilə DÇ-2022-nin çempion olmasından bəhs edib:
"Biz 2018-ci ildə dünya çempionu olmuşuq. Lakin hər kəs bilir ki, 2022-ci ildə bu titul qəsdən Messiyə verildi. Hər şey əvvəlcədən planlaşdırılmışdı. Hətta fransızlar belə onun çempion olmasını istəyirdilər... Startda penalti... Fransa millisinin baş məşqçisi postuna Didye Deşamdan sonra kimin gələcəyindən asılı olmayaraq, ona uğurlar arzulayıram. İnsanların 'Daha bir il yarım gözləməliyik' deməsini eşidəndə, bunu hörmətsizlik kimi qəbul etdim."
Qeyd: DÇ-2022-nin finalında Argentina və Fransa milliləri üz-üzə gəlmişdi. Oyun 3:3 hesabı ilə yekunlaşmış, penaltilər seriyasında Argentina qalib gəlmişdi.
© Copyright 2026, All Rights Reserved