“Samsunspor” uduzub Konfrans Liqasına endi
“Samsunspor” Avropa Liqası ilə vidalaşdı, yoluna Konfrans Liqasında davam edəcək.
90plus.az xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsində Türkiyə təmsilçisi “Samsunspor” mübarizəni dayandırıb.
Cavab oyununda Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşan “Samsunspor” doğma meydanda qolsuz bərabərliyə razılaşıb – 0:0.
İlk oyunda səfərdə 1:2 hesabı ilə uduzan Qara dəniz təmsilçisi iki görüşün nəticəsinə görə Avropa Liqasına vida edib.
Bununla belə, “Samsunspor” mübarizəni UEFA Konfrans Liqasının liqa mərhələsində davam etdirəcək.
🔗 Ən son futbol xəbərləri üçün: 90plus.az
© Copyright 2026, All Rights Reserved