Saşa Boy “Qalatasaray”a qayıdır
“Qalatasaray” Saşa Boyu geri qaytarmaq üçün hərəkətə keçdi.
90plus.az xəbər verir ki, “Qalatasaray” 2024-cü ilin qışında 30 milyon avro (+5 milyon avro bonus) qarşılığında “Bayern Münhen”ə satdığı fransalı sağ cinah müdafiəçisi Saşa Boy ilə yenidən anlaşmağa çalışır. İstanbul klubu 25 yaşlı oyunçu üçün alman nəhənginə 2,5 milyon avro icarə haqqı və 10 milyon avro məcburi satınalma təklifi göndərib. “Bayern Münhen” bu şərtləri qəbul edib.
Artıq klub tərəfi ilə razılıq əldə olunsa da, futbolçunun şəxsi müqavilə şərtlərində hələ ortaq məxrəc tapılmayıb. Boy əvvəlcə Münhendə qalıb özünü sübut etmək istəsə də, bu arzusunu reallaşdıra bilməyib. İngiltərə və Fransadan istədiyi səviyyədə təklif almayan müdafiəçi, “Qalatasaray” variantına daha isti yanaşmağa başlayıb.
“Qalatasaray” fransalı futbolçuya illik 3,2 milyon avro maaş təklif edib, danışıqlar zamanı bu məbləğin bir qədər artırılması da mümkündür. Transfer prosesini klubun idman direktoru Abdullah Kavukcu şəxsən idarə edir. Baş məşqçi Okan Buruk isə keçmiş şagirdini yenidən komandasında görməkdə israrlıdır.
📰: Sabah
© Copyright 2026, All Rights Reserved