“Sassuolo” Seriya A-ya qayıtdı! Qrosso fərqi…
İtaliya B Seriyasında sona 5 tur qalmış 75 xalla lider olan "Sassuolo"nun yeni mövsümdə elitada - A Seriyasında mübarizə aparacağı dəqiqləşib.
90plus.az xəbər verir ki, "Sassuolo" "Mantova" ilə 2:2 hesablı heç-heçə edərək bir mövsümlük fasilədən sonra A Seriyasına qayıdıb.
Qeyd: 2006-cı ildə İtaliyanın yarımfinalda ev sahibi Almaniyaya, finalda isə Fransaya penaltidən qalib gəlməsi ilə İtaliyanın Dünya Kubokunu qazanmasında əsas rol oynayan Fabio Qrosso ötən ilin iyunundan “Sassuolo”nu çalışdırır.
47 yaşlı Qrossonun rəhbərliyi altında "Qara-yaşıllar" 33 oyundan 23-də qalib gəlib, cəmi 4 dəfə məğlub olub və mövsümün böyük hissəsində divizionda turnir cədvəlinə başçılıq edib.
© Copyright 2026, All Rights Reserved