Sergen Yalçın "Beşiktaş"a "yox" dedi - Dərdiniz futbol deyil
"Beşiktaş"ın baş məşqçi axtarışında adı hallanan Sergen Yalçın diqqətçəkən açıqlamalar verdi.
90plus.az xəbər verir ki, "Beşiktaş"la adı çəkilən Sergen Yalçın belə dedi:
"Bəlkə də 40 ildir ki, futbolun içindəyəm. Belə bir mətbuat konfransı görməmişəm. Biri digərinə cavab verir, o biri də başqasına cavab verir. İlk dəfə belə bir şey gördüm. Baş məşqçiliklə bağlı Hüseyn Yücel ilə bir dəfə danışdım. Onda da dedim ki, mən puldan anlamıram, bu mövzuları müzakirə etmirəm. Problem futboldadır, gələrik, düzəltməyə çalışarıq, amma hazırda mövzu futbol deyil. Xahiş edirəm, məni bu işlərdə vasitə kimi istifadə etməyin. Elə bir vəziyyətdə deyiləm ki, 'aman gəlim baş məşqçi olum' deyim. Mən 'Beşiktaş'da işləməyəcəyəm də harada işləyəcəyəm, elə deyilmi? Ahmet Nur Çebi ilə də pul danışmadım. Klubdan çıxıb bir kəlmə də demədim. Desəm, çox şey deyərdim, amma deyiblər ki, qol sınar, içində qalar."
SERGEN YALÇIN: "BEŞİKTAŞ'DA MÖVZU FUTBOL DEYİL"
"Beşiktaş"ın keçmiş baş məşqçisi sözlərinin davamında belə deyib:
"Hazırda 'Beşiktaş'da mövzu futbol deyil. Tabloya baxırsan, burada nə baş verir? Çox qeyri-sağlam bir mühit var. 3 gün sonra nə olacağı bəlli deyil. Sabah yeni idarə gələndə nə edəcəksən? Hüseynə də bunu dedim: 'Beşiktaş'da mövzu futbol deyil. Əvvəlcə həll edilməli olan məsələlər var. Bu problemlər həll olunmadıqca, çox mümkün olduğunu düşünmürəm.' "
"BU PROBLEMLƏR HƏLL OLUNSA, GƏLƏRƏM"
Sergen Yalçın diqqətçəkən açıqlamasında belə deyib:
"Bu problemlər həll olunsa, gələrəm. Niyə gəlməyim? 'Beşiktaş'a gəlməyəcəyəm də nə edəcəyəm? Samet ağabəy yalan danışacaq birisi deyil. Dedikləri doğrudur. Mövzu burada futbol deyil. Azarkeş əziyyət çəkir. 'Beşiktaş'da yeri gələr pulsuz da işləyərəm. Zatən ilk gəldiyimdəki maaşı desəm, gülərsiniz. 'Beşiktaş'da sağlam bir iş mühiti qurulmalıdır. Azarkeş mənə qarşı çıxmasın. Azarkeş 'gəl' desin, gələrəm, amma bu problemlərin həll olunması lazımdır."
SERGEN YALÇIN'IN SON QƏRARI
Sergen Yalçın, "Beşiktaş"ın baş məşqçisi olub-olmayacağı ilə bağlı belə deyib:
"Bu mühitdə olmaq istəmədiyimi dedim və Hüseyn Yücelə 'Bağışlayın' dedim. Mənim də gələcək planlarım və beynimdə quran layihələrim var. Daha bir görüş olmayacaq, bu mövzu bağlandı."