Sərt qaydalara qarşı nəhəng məktub nümayiş olundu
Alman ultrasları sərtləşdirilmiş stadion qaydalarına etiraz edir.
90plus.az xəbər verir ki, Almaniyada futbol azarkeşləri stadionlarda tətbiq olunan yeni sərtləşdirilmiş qaydalara qarşı etirazlarını davam etdirirlər.
Ötən gecə "Borussiya Dortmund" azarkeşləri “Siqnal İduna Park”da nəhəng bir banner nümayiş etdirərək Almaniya Daxili İşlər Nazirliyinin tədbirlərini tənqid ediblər. Məktubda azarkeşlərdən biri bunları qeyd edib:
“Faktlara əsaslanmayan populist tələblərdən çəkinin. Sizin statistikanız tamamilə fərqli bir mənzərə göstərir. İctimaiyyət faktlara əsaslanan və şəffaf debatlara layiqdir. Danışıqların dərhal dərc olunmasını tələb edirik.”
Azarkeşlərin bu etirazı Almaniyada futbol mühitində azad azarkeş fəaliyyətinə və stadion mədəniyyətinə diqqəti yönəltmək məqsədi daşıyır.
Nazirlik və klub rəhbərliyi bu çağırışlara hələ rəsmi cavab verməyib.
© Copyright 2026, All Rights Reserved